Deputat, “Yerkrapa” könüllülər ittifaqının keçmiş sədri, general Manvel Qriqoryan yenidən həbs olunacaq.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. 22 yanvarda apelyasiya məhkəməsinin sədri Arsen Nikoqosyan bununla bağlı qərarını elan edib. Hakimin bu qərarı qəbul etməsinə səbəb Ermənistanın baş prokurorunun şikayəti olub.
Qeyd edək ki, ötən ilin 21 dekabrında girov qoyulan 25 milyon erməni dramı müqabilində sərbəst buraxılan Qriqoryanın yenidən həbsxanaya qaytarılması tələbilə silsilə aksiyalar keçirilirdi. Hətta aksiya iştirakçıları Nikol Paşinyanın qarşısında konkret tələblər qoymuşdular. Qarabağda saysız-hesabsız cinayətlər törətmiş erməni generalı qanunsuz silah-sursat saxlamaqda və külli miqdarda mənimsəmədə ittiham olunur.
Erməni generalla bağlı yenidən həbs qərarı seçildi