Erməni blogerdən xalqa: Bizim olmayan Qarabağdan əl çəkin!

24/01/2019 - 16:43 2 785 0   0  

Ermənistan bu gün inkişaf etmir, çünki bu, faktiki olaraq, mümkün deyil. İstənilən dövlətin inkişafı qonşuları ilə münasibətlərindən birbaşa asılıdır. Ermənistanın bu münasibətləri yoluna qoymasına əngəl törədən və ermənilərin inanmağa məcbur edildikləri iki qlobal fantaziya mövcuddur. Birincisi, Türkiyənin ayağına yazılan "soyqırım”, ikincisi isə Azərbaycan və Türkiyə tərəfindən "qədim” erməni torpaqlarının "işğal”ıdır (Ermənilərin bundan əlavə Gürcüstana qarşı da ərazi iddiaları mövcuddur). Odur ki, Ermənistandakı ermənilər qapalı məkanda, qəfəsdə yaşayırlar. Hakimiyyət dəyişsə də, qəfəs qalır.

Bu barədə erməni xalqına müraciət edən ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filipp Ekozyants bildirib.
Onun sözlərinə görə, erməni xalqının bu qəfəsdən çıxış üçün yolu var.
"Əvvəlcə heç vaxt ermənilərin olmayan torpaqları tələb etməkdən əl çəkmək lazımdır. Bizim bunun üçün nə hüquqi, nə də mənəvi cəhətdən heç bir haqqımız yoxdur. İkincisi, qondarma soyqırımdan danışmağa və türk xalqını cinayətkar adlandırmağa son qoymaq lazımdır. "Soyqırım” sözü xalqımızı məhv etməyə cəhd göstərmək anlamına gəlir. Ancaq türk xalqı heç vaxt bizim xalqımızı məhv etməyə cəhd göstərməyib. Türk xalqını soyqırımda günahlandırmaq – bu artıq tibbi axmaqlıq deməkdir. Düşünün ki, heç bir insan, heç bir insan dəstəsi, hətta kifayət qədər böyük olsa belə, bütün xalqla eyniləşdirilə bilməz. Bu cür eyniləşdirmə bizim şüurumuzun manipulyasiyasından artıq bir şey deyil. Bu cür manipulyasiyanın nəticəsi nifrətdir və bu nifrət Ermənistanın qonşuları ilə münasibətlərini yoluna qoymasına heç cür imkan vermir.
Mən dəfələrlə ermənilərdən planetdəki "bütün türkləri məhv etmək” istədiklərini eşitmişəm. Bu barədə hətta mənim paylaşımlarım və videolarıma yazılan şərhlərdə də oxumaq olar. Yaxşı, nə olsun? Hansısa dəlilərin sözləri bütün xalqın fikrini və əhvalını ifadə edə bilər?” - tədqiqatçı bildirib.
Ekozyantsın sözlərinə görə, erməni xalqının tarixində soyqırım adlandıra biləcəyi heç bir şey yoxdur.
"20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında bir neçə yüz erməni-aktivist bu imperiyanın ərazisində ayrıca dövlətlərini yaratmaq üçün özlərinin axmaq mübarizəsini başlatdılar. Təbii ki, onlar Osmanlı imperiyasının bütün erməni əhalisinin fikirlərini ifadə etmirdilər. Onlar bütün ermənilər fikrini sadəcə öyrənə bilməzdilər. Çünki həmin dövrdə erməni əhalinin hər şeyini, o cümlədən ən qiymətlisini – uşaqlarının rifahını nəyə görə edildiyi bəlli olmayan bir riskə ataraq Osmanlı imperiyasına qarşı vuruşmaq istəyib-istəmədiyini öyrənmək üçün belə bir mexanizm mövcud deyildi.
İndi baxın görək, bütün bunlar nəyə gətirib çıxardı – çox sayda insan öldü, bu gün də bir çox erməni öz doğma yerlərindən uzaqlarda yaşayır, yeni yerdə isə yenidən onlar özlərini pis hiss edirlər. Ancaq indi hər şeydə günahlandırmaq üçün yanlarında türklər yoxdur. Buna baxmayaraq, ruslar var və indi hər şeyi onların üstünə atmaq olar”, - tədqiqatçı bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisində yaşayan erməniləri inkişafa, çiçəklənməyə aparacaq yeganə yol türklər və azərbaycanlılarla qardaşlıq münasibətlərinin bərpa edilməsidir. Başqa heç bir yol yoxdur! Digər bütün yollar ya heç yerə, ya da uçuruma aparır.Axar.az