“Elə bil təhsil idarəçiləri detektiv film izləyir...” - QALMAQAL

21/11/2018 - 09:45 2 179 0   0  

“175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev və aktyor Rza Rzayev arasında xoşagəlməz hadisələrin yaşanması ilə bağlı yayılan məlumatlar məni çox təəssüfləndirir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Adıçəkilən şəxslər arasında bir ilə yaxındır münasibətlərin gərgin olduğunu deyən K. Əsədov aidiyyati üzrə əməli addım atalı olan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin bu prosesdə sadəcə olaraq izləyici mövqedə qalmasını tənqid edib: “Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqalları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməli idi. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə olaraq kim dözümsüzlük nümayiş etdirsə o ilk hücuma keçəcəkdi. Çünki hər iki tərəfin haqlı arqumentləri var idi. 
Azərbaycan Ermənistan arasında ağır münaqişəni görüşüb müzakirə etdiyimiz dövrdə, iki vətəndaş arasındakı münasibətləri aidiyyati qurumlar tənzimləyə bilmirsə, deməli günahkar onlardır. İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təssüf ki, nəticə belə oldu. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Hər kəsdən əsəblərinə hakim kəsilməyə və bir millət olaraq, bir-birimizə qarşı dözümlülük, səbr göstərməyi arzu edirəm. Bütün detalları və tərəflərin mövqeyini öyrənəndən sonra dəqiq fikir bildirəcəyəm.
Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin baraşdırcı mövqeydə olmamasıdır. Bu nə birinci faktdır, nə də sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həm də dərs almalıdırlar. Hansısa insident baş verəndə, “semiçka” çırtdayıb dedektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil. 
Belə hadsələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi . Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”.