Dünyanın ən böyük Hava Limanı bu gün AÇILIR

29/10/2018 - 11:27 2 068 0   0  

Türkiyənin nəhəng layihəsi İstanbul Hava Limanının açılmasına sayılı saatlar qalıb.

Suveren.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün Hava Limanının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olacaq. Açılış mərasimində bir çox dövlət başçısı və nazirlər iştirak edəcək.
Dəvətlilər sırasında Azərbaycan prezidenti İlham Əliyev də yer alıb.
Sözügedən Hava Limanı şəhərin qərb hissəsində yerləşir. İstanbulda inşa edilən aeroport ildə 200 milyon nəfəri qəbul edəcək. Hava Limanında 6 müstəqil uçuş və eniş zolaqları, eyni zamanda aeroportun nəzdində biznes mərkəzi, məktəb və yaşayış evləri olacaq.
Hava Limanından xaricə uçuşlar noyabr ayında başlayacaq.