Elm adamları insanları ionlaşmayan elektromaqnit sahəsi yayımından qorunmağa çağırır
Dünyanın 300 nəfərə yaxın tanınmış elm adamları koronavirus pandemiyasının sürətlə yayıldığı indiki ərəfədə beynəlxalq ictimaiyyətə sensasion müraciət ünvanlayıblar. Suveren.az Avropa mətbuatında dərc olunan müraciətin tərcüməsini oxucularına təqdim edir:
“Biz ionlaşmayan elektromaqnit sahəsinin insan sağlamlığına göstərdiyi təsirləri öyrənməklə məşğul olan elm adamlarıyıq. Nəzərdən keçirilmiş, dərc edilmiş tədqiqatlara əsaslanaraq, elektrik və naqilsiz cihazların insan orqanizminə yayğın və artan təsirindən narahatlığımızı bildiririk. Bunlara mobil və simsiz telefonlar və onların baza stansiyaları, Wi-Fi, yayım antenaları, smart sayğaclar kimi radiotezliklərlə radiasiya yayan cihazlar aiddir. Hansı ki, bunlar aşağı tezlikli elektromaqnit dalğaları istehsal edən elektrik paylanmasında və ötürülməsində istifadə edilən avadanlıqlar və elektrik cihazlarıdır.
Ümumi narahatlıqlar üçün elmi əsas
Son vaxtlar elmi nəşrlər göstərdi ki, guya, EMF-nin (İonlaşmayan elektromaqnit sahəsinin – müəl.) canlı orqanizmlərə təsiri əksər beynəlxalq və milli standartlarda göstərilən normalardan çox aşağıdır. Halbuki, bu təsir dünyada xərçəng riskinin artması, hüceyrə stressi, zərərli sərbəst radikalların, reproduktiv sistemdə genetik zərərlərin, struktur və funksional dəyişikliklərin çoxalmasıa, öyrənmə və yaddaş çatışmazlığı, nevroloji pozğunluqlar yaratmaqla, insanların ümumi mövcudluğuna böyük zərbə vurmaqdadır. Bu zərərli təsirlər insan irqindən də uzağa gedir. Belə ki, nəinki insan varlığına, həmçinin planetin, bitkilərin və heyvanların varlığına da zərəri sübut olunmuşdur.
Bu sübutlar Ümumdünya Səhiyyə Təşkilatınının (ÜST) ehtiyat tədbirləri görməyə və ictimaiyyəti sağlamlıq riskləri, xüsusilə uşaq və döl inkişafı barədə maarifləndirməyə təşviq etməsini zəruri edir. Bu isə, bizim daha çox qoruyucu EMF qaydalarının hazırlanması üçün BMT və bütün üzv dövlətlərə müraciət etməyimizi də əsaslandırır. Hesab edirik ki, ÜST bu tədbirləri görməzsə, beynəlxalq ictimai sağlamlıq agentliyi rolunu yerinə yetirməmiş olacaq.
Qeyri-adekvat ionlaşmayan EMF qaydaları
Təhlükəsizlik standartlarını təyin edən müxtəlif agentliklər ictimai sağlamlığı, xüsusilə EMF-yə qarşı həssas olan uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görə bilmədilər. İonlaşmayan Radiasiyadan Müdafiə üzrə Beynəlxalq Komissiya 1998-ci ildə “Zamanla dəyişən elektrik, maqnetik və elektromaqnit sahələrinə məruz qalmanını məhdudlaşdırılması üzrə qaydalar” təsis etdi. Bu qaydalar ÜST və bir sıra ölkələr tərəfindən qəbul edildi. ÜST standartların uyğunlaşdırılmasına təşviq üçün bütün millətləri İCNİRP qaydalarını qəbul etməyə çağırdı.
2009-cu ildə İCNİRP 1998-ci il təlimatlarını bir daha təsdiqlədiyini bildirərək, belə bir bəyanat da yaydı. Çünki, onların fikrincə, elmi nəşr o vaxtdan bəri təməl məhdudiyyətlərin altında olan zərərli təsirin heç bir sübutunu təqdim edə bilmədi və yüksək tezlikli elektromaqnit sahələrinə məruz qalmanın məhdudlaşdırılmasına dair fəaliyyət planının yenidən gözdən keçirilməsinə ehtiyac duyulmur.
İCNİPR elmi sübutların artmasına baxmayaraq, bu iddiaları indiyə qədər davam etdirir. Bizim fikrimizcə, İCNİRP təlimatları uzunmüddətli zərərli məruzqalmanı və aşağı intensiv təsirləri əhatə etmir, bunlar insan sağlamlığını qorumaq üçün kifayət deyil. ÜST 20023 aşağı tezlikli maqnit sahələrinin və 20114 radiotezlik radiasiyada xərçəng xəstəliyinin təsnifatı üzrə beynəlxalq agentliyin araşdırmasını qəbul etdi.
Bu təsnifat göstərir ki, EMF mümkün insan xərçəngidir. İARC-ın tapıntısına baxmayaraq, ÜST EMF-in təsirini aşağı salmaq üçün kifayət qədər dəlil olmadığını iddia edir. Sağlamlığa zərərlərdən qaçmaq üçün standartlar təyin etmək mübahisələri olduğu üçün biz insanlığın radiodalğa və elektromaqnit sahəsinə məruz qalmasını azaldacaq təcrübələr, cari alternativlərin mənfi və müsbətlərini araşdırmaq üçün BMT Ətraf Mühit proqramının çağırılmasını tövsiyyə edirik. Bu qrupun müzakirələri şəffaf və qərəzsiz aparılmalıdır. Baxmayaraq ki, sənayenin müzakirələrə cəlb olunması və əməkdaşlığı faydalı ola bilərdi, amma sənayenin proseslərə və nəticələrə qərəzli yanaşmasına icazə verilməyəcək. Qrup öz təhlillərini ehtiyat tədbirləri görülmək üçün BMT və ÜST-yə təqdim edəcək.
Həmçinin biz hamılıqla xahiş edirik:
1. Uşaqlar və hamilə qadınlar qorunsun;
2. Qaydalar və tənizimləmə standartları gücləndirilsin;
3. İstehsalçılara daha təhlükəsiz texnologiyalardan istifadə etmək tövsiyə olunsun;
4. Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və nəzarət vasitələri torpaq cərəyanının ziyanını minimuma endirmək üçün düzgün elektrik naqillərini təmin etmək və adekvat enerji keyfiyyətini qorumaq təmin edilsin;
5. Cəmiyyətə elektromaqnit enerjisindən ola biləcək sağlamlıq riskləri haqda ətraflı məlumat verilsin, zərərlərin azaldılması strategiyasının təlimi keçirilsin;
6. Tibb mütəxəssislərinə elektromaqnit enerjisinin bioloji təsiri və elektromaqnit həssaslığı olan xəstələrin müalicəsinə dair təlimlər verilsin;
7. Hökumətlər elektromaqnit sahələri və sağlamlıq mövzusunda təlim və tədqiqat işlərini maliyyələşdirsin;
8. EMF yayan texnologiyaların sağlamlıq və təhlükəsizlik aspektləri ilə bağlı media mütəxəssislərin fikirlərinə istinad edərkən, mütəxəssislərin rəyi də nəzərə alınsın;
9. Ağ zonalar (radiasiyadan azad ərazilər) yaradılsın”.
DÜNYANI GÖZLƏYƏN DAHA BÖYÜK TƏHLÜKƏ: 300 nəfərdən artıq nüfuzlu elm adamı beynəlxalq ictimaiyyətə müraciət etdi

https://emfscientist.org/images/docs/International_EMF_Scientist-Appeal.pdf
Suveren.az