Cəmiyyətdə hiddətlə qarşılanan ehtiyatsız ifadəsi məmurun işdən çıxması ilə nəticələnib.
Suveren.az yenicag.az-a istinadla xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayət hökumətində Gənclər Siyasəti Departamentinin rəhbəri postunu tutan Olqa Qlatskix istefaya məcbur edilib.
Məlumata görə, Qlatskixin vəzifəsindən azad olunmaq üçün rəhbərliyə yazdığı ərizəyə müsbət dərkənar qoyulub.
Qlatskixi bu addıma məcbur edən səbəb isə onun uşaqların iştirakı ilə keçirilən tədbirdə ehtiyatsız ifadə işlətməsi olub.
Xanım məmur dövlətin uşaqlara borclu olmadığını, buna görə də dövlətin köməyinə ümid etməyin əsassızlığını deyib:
“Dövlət valideynlərinizdən sizi dünyaya gətirməyi xahiş etməyib”.
Qaltskixin bu fikirləri cəmiyyətdə dərin hiddət doğurub və sonda xanım məmurun istefası ilə nəticələnib.
“Dövlət sizin doğulmağınızı xahiş etməmişdi” deyən məmur istefaya göndərildi