DİK DUR, AZƏRBAYCAN ƏSGƏRİ!

21/07/2020 - 11:07 7 054 3   0  

Türkiyənin Liviya, Suriya və Şərqi Aralıq dənizindəki siyasi və hərbi uğurlarından qorxuya düşən şimal ayısı Rusiya sadiq iti Ermənistanı Azərbaycanın üzərinə qısqırtdı. Bundan sonra Rusiya 150 min əsgərlə Qara dəniz, Xəzərdə, Şimali Qafqazda hərbi təlimlərə başladı. İtdən soruşurlar, niyə hürürsən? Deyir ki qorxutmaq üçün. O zaman quyruğun niyə titrəyir? Qorxudan deyə cavab vermiş. İndi hürən itdən qorxmaq lazım deyil. Türkiyənin Yaxın Şərqdə nüfuzunun artmasının Rusiyadakı muxtar türk və müsəlman toplumunun və Orta Asiya türk dövlətlərinin milli oyanışına səbəb olacağını bilir. Və bunun sonunda qatil Rus imperatorluğunun dağılacağını çox yaxşı bilir.

Bu xalqlar 200 ildir türkün yolunu gözləyirlər. Bu xalqlar Yaxın Şərqədki bəzi xalqlar kimi türkü kürəyindən vurmazlar. Onunla birlikdə savaşar, şəhid olarlar. İndi Azərbaycan sərhədlərinə öz sadiq iti ermənini qısqırdan Rusiya bu gün əzələ nümayişi göstərsə də, qələbə görüntüsü nümayiş elətdirsə də, Rusiya tarixi məğlubiyyətin başlanğıcındadır. Yalnız Qafqazda deyil, Mehmetcik kimi dünyanın seçilmiş əsgərlərindən biri olan Azərbaycan əsgəri bu savaşın sonunda qalib tərəf olacaq. Arxasında güclü siyasi iradə olarsa və içindəki rus agentlərini təmizləyərsə, Şərəfli Azərbaycan Əsgəri əvvəl Qarabağı, sonra Qərbi Azərbaycanı erməni faşistlərindən təmizləyər. Gələcəkdə Türkiyə və Azərbaycan hərbi birliyi qurularsa bu birlik bütün Qafqaz və türk xalqlarının ümidi olacaq. Rusiya Azərbaycana qarşı açıq savaşa başlayarsa bu onun sonunu gətirər. İlk öncə çeçenlər daxil bütün Qafqaz və daha sonra Rusiya əsarətindəki türk xalqları Rus imperatorluğuna qarşı üsyan qaldırarlar və ona qarşı savaş açarlar. Rusiya siyasi arenada ilk zərbəni rəhbərlik etdiyi hərbi ittifaq olan KTMT-dən aldı. Türk respublikaları və Belarus bu təşkilatda Azərbaycanın yanında olduqlarını göstərdilər. Əgər Rusiya Azərbaycana hücum edərsə, bu ölkələr Azərbaycanın yanında olacaqlar və bu birliyin sonu gələcək. Belə bir hücum olarsa Rusiya Federasiyasındakı türk dövlətləri və toplumları Azərbaycana dəstək verəcək və Rusiyaya qarşı çıxacaqlar. Türkün gücünü görən bu xalqlar artıq rusofobiyadan xilas olmuşlar.

Dik dur Azərbaycan əsgəri! Sən dünyanın seçilmiş, güclü əsgərlərindənsən. Sənin qələbən rus əsarətindəki bütün xalqların qələbəsi olacaq. Yolunuz şərəfli, yolunuz Qarabağ, İrəvan, Təbriz! Əsəgərlərinin çoxu gey, alkoqolik olan rus ordusu səndən güclü ola bilməz. Allah sizinlədir! Türk dünyası sizinlədir! Allah yar və yardımçınız olsun! Qələbə türkün olacaq! Tanrı türkü qorusun!

Abil BABAOĞLU, SÖZBir Hərəkatı başqanı