Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.
Suveren.az bu barədə "Euronews"a istinadla bildirir. BMCMİ əməkdaşları kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Məlumata görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var. Aqrar sahəyə ayrılan dövlət subsidiyasının mənimsənilməsi faktları üzrə Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə özəl sektorun hüquqi şəxslərinə qarşı əməliyyat keçirib. Məlumata görə, əməliyyat zamanı Azərbaycanın müxtəlif rayonlarında gübrə təchizatı ilə məşğul olan özəl şirkətlərin onlarla vəzifəli şəxsi həbs olunub. Qeyd edək ki, yaxın zamanda əməliyyatla bağlı DİN və Kənd Təsərrüfatı Nazirliyi rəsmi məlumat yayacaq.
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi

Bölmənin xəbərləri