Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib.
Suveren.az-ın xəbərinə görə, görüşdə çıxış edən Əhəd Abıyev belə görüşlərin Prezident İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Ə.Abıyev son illər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən diqqət və qayğıdan danışıb, Daşkəsən rayonunda, o cümlədən Kəmərqaya kəndində görülmüş işlər barədə geniş məlumat verib. O, çıxışında vurğulayıb ki, ötən illərdə Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbdə, kəndin elektrik və rabitə xətlərində təmir-bərpa işləri aparılıb, yol infrastrukturu yaxşılaşdırılıb, bir sıra sosialyönümlü layihələr həyata keçirilib, ən əsası isə kəndin tezliklə qazlaşdırılması nəzərdə tutulub.
Rayon rəhbəri onu da bildirib ki, Kəmərqaya kəndi turistik potensiala malikdir və ildən-ilə kəndə istirahət üçün gələn yerli turistlərin sayı artmaqdadır. Bu məqsədlə də pilot layihə çərçivəsində kənddə 10 ev seçilmiş və həmin evlər artıq təmir edilərək turistlərin istifadəsinə verilib.
Ə.Abıyev sakinlərlə görüşündə vurğulayıb ki, gələn həftə keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı bu kənddən də namizədlər müəyyənləşib. Tam əminliyini bildirmişdir ki, bütün seçkilərdə olduğu kimi, bu seçki də şəffaf, demokratik və azad bir seçki olacaqdır. Kənd sakinləri seçkidə fəallıq göstərəcəklər.
Sonra sakinlərin müraciətləri dinlənilib. Sakinlər müraciətlərində kəndin qazlaşdırılmasını, yeni su xəttinin çəkilməsini, işlə təmin olunma, özünəməşğulluq proqramı çərçivəsində mal-qaranın verilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Ə.Abıyev sakinlər tərəfindən qaldırılmış müraciətlərin icrasına dair aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bir qismi isə nəzarətə götürülüb.
Kəmərqaya kənd sakinləri görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xatırlatma: Prezident İlham Əliyev rayon icra hakimiyyətlərinin başçılarına bir neçə dəfə xəbərdarlıq edib. Dövlət başçısı qeyd edib ki, vəzifəsindən sui-istifadə edən məmurlar cəzalandırılacaq. Bunun sübutu olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldı, daha sonra N.Quliyev, Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Onların hər üçü barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha bir icra başçısı sakinlərlə görüşə gəldi - FOTOLAR