Daha bir azərbaycanlı fəal məhkəməyə çağırıldı

14/01/2019 - 12:07 2 701 0   0  

Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.
Çağırış vərəqəsində fəaldan yanvarın 23-ü yerli vaxtla saat 10 radələrində Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.
Fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı bildirilib, lakin hansı qrupdan söz getdiyi açıqlanmayıb./Axar.az