“Çox acınacaqlı vəziyyətdə qalmışam, ailəmə baxa bilmirəm…” - 44 GÜNLÜK SAVAŞ QAZİSİ ÇƏTİN DURUMDA / FOTOLAR

21/09/2023 - 11:23 2 560 0   0  

Ağstafa rayonu, Eynallı kənd sakini, II Qarabağ müharibəsi veteranı İbrahimov Mahal Nazim oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi çox çətin vəziyyətdə olduğunu, ailəsini dolandıra bilmədiyini deyir:

"Mən, II Qarabağ müharibəsi veteranı İbrahimov Mahal Nazim oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Müddətdən artıq 5 il hərbi xidmətdə olmuşam. 44 günlük müharibədən sonra xəstəliklə təxris olunmuşam. 2016-cı ildən "Maxe" işləmişəm. Bir müddət “Papanin” xəstəxanasında müalicə almışam. Hal-hazırda işləmirəm və əlilliyim də təsdiqini tapmır.

İş də tapa bilmirəm. Ağstafa rayon İcra Hakimiyyətinə gedib-gəlməkdən yorulmuşam. Orada çalışan məmurların sərt danışıqlarından, təhqirlərindən bezmişəm.

Səhhətimdə problemlərim çoxdur, hər iki qulaq pərdəm deşilib, əllərimdə eqzema, ayaqlarımda varikoz, belimdə isə ciddi  xəstəliyim var.

Bir müddət əvvəl Məşğul Xidmətindən heyvan aldım, o da xəstə çıxdı. İndi isə çox acınacaqlı vəziyyətdə qalmışam, ailəmə baxa bilmirəm. Azyaşlı uşağımı təmin edə bilmirəm. Sosial yardım ala bilmirəm. Mən nə edim, necə ailəmi dolandırım?! Öz müalicəmi necə etdirim?

Sosial yardım üçün iş yeri tələb edilir. Lakin hazırda iş yeri tapmaq mümkün deyil".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən məsələnin araşdırılacağı bildirildi.

Jalə FAMİLQIZI