CNN Simferopolu Rusiya şəhəri kimi təqdim etdi

02/01/2019 - 19:19 16 999 0   0  

Ukraynanın ABŞ-dakı səfirliyi CNN telekanalının Simferopol şəhərini Rusiya ərazisi kimi göstərdiyinə görə etirazını bildirib. Suveren.az xəbər verir ki, bu barədə səfirlik bu gün özünün rəsmi “Twitter” mikrobloqunda məlumat yayıb.

“Ümid edirik ki, CNN-dəki dostlarımız faktları daha yaxşı yoxlayacaq və daha düzgün ifadələr seçəcəklər”, - səfirliyin tvitində deyilir.

Qeyd olunub ki, Simferopol “Rusiyanın ilhaq etdiyi Krım yarımadasında yerləşən Ukrayna şəhəridir” və amerikalı jurnalistlərdən “Rusiya ssenarisinə uymamaq” xahiş edilib.

CNN telekanalının müxtəlif ölkələrdə Yeni ilin qarşılanması haqqında reportajında “Simferopol, Russia” qeydi ilə fotoşəkil nümayiş olunub.