Çinə qarşı birləşdilər! – “BAHASINI ÖDƏMƏLİDİR”

02/07/2020 - 13:03 6 367 0   0  

Suveren.az Hurriyyet.org-a istinadla xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatasında Honq-Konq Muxtar Rayonuna yeni Milli Təhlükəsizlik Qanununu tətbiq edən Çinin məmurları ilə əməkdaşlıq edən bütün banklara sanksiya tətbiq edilməsini nəzərdə tutan bir qanun layihəsini qəbul edib. Layihənin səsverməsi zamanı respublikaçılarla demokratlar həmrəy olublar.

Demokrat vəkil Brad Şerman qanunla əlaqədar “Tvitter” səhifsində açıqlama verərək bildirib: “Çin hökuməti Honq Konq həmləsinin bahasını ödəməlidir. Etiraz elədiyi üçün heç kim ömürlük həbsə məhkum edilməməlidir. İndi honqkonqlular təhlükəsizlik üçün başqa ölkələrə qaçmağa çalışırlar və bizlər də onların haqlı səylərini dəstəkləməliyik”.

Qanun layihəsinin Senata göndərilməsi nəzərdə tutulur.

Çin parlamenti Honq Konq Muxtar Rayonunda tətbiq ediləcək Milli Təhlükəsizlik Qanununu 28 may tarixində qəbul eləmişdi.

Qanun Çin mərkəzli hökuməti yıxmaq, üsyana təşviq eləmək, vətənə xəyanə, terror və milli təhlükəsizliyi təhlükəyə atan tədbir və fəaliyyətlərin qadağan edilməsini nəzərdə tutur.

Honq Konqdakı müxalifətçilər və Qərb ölkələri qanun layihəsinə qarşı çıxırlar.