Çeçenistan Respublikasının Qroznı şəhərinin Staropromıslovski rayonunda partlayış baş verib.
Suveren.az "RİA Novosti"yə istinadən xəbər verir ki, naməlum qadın Staropromıslovski rayonu ətrafında yerləşən polis postuna yaxınlaşıb. Ondan dayanması və sənədlərini təqdim etməsi xahiş olunub. Lakin qadın posta doğru qaçmağa başlayıb və bu zaman polis onun üzərində əldəqayırma partlayıcı qurğu olduğunu görüb. Polis əməkdaşları xəbərdarlıqedici atəş açdıqdan sonra o, partlayıcı qurğunu işə salıb.
Partlayış zamanı polis və mülki şəxslər arasında xəsarət alan olmadığı bildirilir.
Çeçenistanda naməlum qadın polis postuna girdi və...