Ölkədə Novruz bayramı ilə əlaqədar bir həftəlik tətil martın 27-də bitsə də, Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri və tabeli qurumlarda çalışanlar sabahdan – martın 26-dan işə çağırılıblar.
Bu barədə “AzPolitika”ya BŞİH-in tabeli qurumunda çalışan mənbə bildirib. O, şikayətlənib ki, rəhbərliyin bu qərarı ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı onların hüquqlarının pozulmasıdır. “Niyə bütün ölkə istirahətini davam etdirməlidir, biz isə artıq işə çıxmalıyıq” – məbnə narazılığını bildirib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 23 və 24 mart şənbə və bazar günü, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 25 və 26 mart qeyri-iş günü elan olunub.
“Bütün ölkədə qeyri-iş günüdür, biz niyə işləməliyik?” – BŞİH əməkdaşlarını sabahdan işə çağırıb
Ölkədə Novruz bayramı ilə əlaqədar bir həftəlik tətil martın 27-də bitsə də, Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri və tabeli qurumlarda çalışanlar sabahdan – martın 26-dan işə çağırılıblar.
Bu barədə “AzPolitika”ya BŞİH-in tabeli qurumunda çalışan mənbə bildirib. O, şikayətlənib ki, rəhbərliyin bu qərarı ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı onların hüquqlarının pozulmasıdır. “Niyə bütün ölkə istirahətini davam etdirməlidir, biz isə artıq işə çıxmalıyıq” – məbnə narazılığını bildirib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 23 və 24 mart şənbə və bazar günü, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 25 və 26 mart qeyri-iş günü elan olunub.
Bölmənin xəbərləri