Bülənt Ərsoy: “Az qalıb, Zəki Mürənin yanına gedəcəm”

21/01/2019 - 11:21 2 722 0   0  

Türk musiqisinin Divası Bülənt Ərsoy konsertində yeni açıqlamalar verib.

Ərsoyun “digər tərəfə az qaldı” açıqlaması diqqətlərdən yayınmayıb.
Bülənt Ərsoy pərəstişkarları ilə görüş keçirib. Məşhur sənətçi onlarla söhbət zamanı “Digər tərəfə az qaldı” deyib. Konsertdəki fasilələrdə də tamaşaçılarla söhbət edən Diva “20-25 il yaşayaram bundan sonra. Digər tərəfə az qaldı. Bu dünya ilə müqaviləmiz başa çatır. Zəki Mürən və Müzeyyen Senarın yanına gedib birlikdə mahnı oxuyacam” açıqlamasını verib.