Bu ölkə Ukraynadakı səfirini geri çağırdı

20/12/2018 - 23:52 22 873 0   0  

Polşa prezidenti Ancey Duda Ukrayndakı səfir Yan Peklonu geri çağırıb.

Suveren.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, prezidentin sərəncamında deyilir: “2019-cu il yanvarın 31-dən etibarən Yan Peklo Polşanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılsın”.

Qərarın səbəbi açıqlanmır. Yeni səfirin kim olacağı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Yan Peklo 2016-cı ildən səfir postunu tutur.