Almaniyanın Federal Ədalət Bürosu sosial şəbəkədə qeyri-qanuni məzmunlara dair hesabatlar səhv şəkildə verildiyi üçün “Feysbuk” (“Facebook”) şəbəkəsinə 2.3 milyon avro məbləğində cərimə cəzası təyin edib. Şəbəkə ölkənin internetdə şəffaflıqla bağlı qanunu pozmaqda ittiham edilir.
Almaniyanın ədliyyə naziri Kristin Lambrext məsələ ilə bağlı verdiyi açıqlamada deyib: “Cinayət çağırışları, həqarət, nifrət, insanlar arasında kin və nifrəti yaymaq söz azadlığı demək ola bilməz. Bunlar təhrikedici, qızışdırıcı və zərərverici olan, cəzalandırılmaya layiq davranışlardır”. Lambrext cəza hüququnun başlandığı yerdə ifadə azadlığının bitməsinin internet üçün də keçərli olduğunu vurğulayaraq söyləyib: “Rəqəmsal platformalar səhifələrində yayılan məzmunlar üçün məsuliyyət daşıyır. “Feysbuk”un “ictimaiyyət standartları” Almaniyanın hüquqlarına uyğun gəlmir. İstifadəçilər narahatedici məzmunlardan şikayət etdikdə, bu şikayətlərin toplanması və təhlil edilməsi İnternet Proqramı Qanununa uyğun olmalıdır. Cinayət məzmununa qarşı mübarizədə heç bir şey gizli qalmamalıdır. “Feysbuk”un şəffaflığa və qanuna açıq şəkildə riayət eləməsini gözləyirəm”.
“Feysbuk” şirkətinin cəzaya etiraz eləmək hüququ var./Hurriyyet.org
Bu ölkə “Feysbuk”u 2,3 milyon avro CƏRİMƏLƏDİ! - “BUNLARA AZADLIQ DEMƏK OLMAZ”