Üç il bundan öncə, aprelin 1-dən 2-nə keçən gecə erməni hücumunu dəf edən ordumuzun həyata keçridiyi əks-hücum nəticəsində düşmənə ciddi zərbə vurulub, işğal altındakı ərazilərimizin bir qismi azad edilib. Məhz bu olaydan sonra düşmənə qarşı lokal döyüşlərin əhəmiyyəti məsələsi müzakirə mövzusuna çevrilib, bu cür əməliyyatların gələcəkdə də tətbiqi ilə bağlı arzu və təkliflər səsləndirilib. Qarabağ problemini lokal döyüşlər hesabına həll etmək mümkündürmü? Yoxsa problemin həlli daha ciddi və irimiqyalı hərbi əməliyyatlardan keçir? Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov hər iki mübarizə üsulunun özünəməxsus üstünlüyə malik olduğunu qeyd etdi: “Təbii ki, irimiqyaslı hərbi əməliyaytlar zamanı məsələ birdəfəlik həll olunur. Ancaq lokal əməliyyatlar düşmənə dincliyə imkan vermir. Mən bu fikirdəyəm ki, düşməni dinc buraxmaq olmaz. Düşmən işğal etdiyi ərazilərdə özünü rahat hiss etməməlidir. Mediada yer alan məlumatlardan görünür ki, düşmən həmin ərazilərdə məskunlaşma aparır. Orada yeni obyektlər, müəssisələr tikirlər. Həm lokal döyüşlər, həm diversiyalar vasitəsi ilə bu obyektlər məhv edilməlidir. Düşmənə bu ərazilərdə məskunalşamağa, rahat yaşamağa imkan vermək olmaz. Düşmən işğal etdiyi ərazilərdə rahatlıq tapmamalıdır”.
“Bu obyektlər lokal döyüşlər və diversiyalar hesabına məhv edilməlidir”

Seymur ƏLİYEV
Bölmənin xəbərləri