“BU MÜHARİBƏ DÖYÜŞ MEYDANINDA UDULMALIDIR” – Avroittifaqdan sensasiyalı mövqe

10/04/2022 - 09:26 3 493 0   0  

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arzu edib ki, Ukraynada münaqişə diplomatik yolla yox, hərbi yolla həll olunsun.

TASS agentliyinin yazdığı kimi, belə açıq döyüşkənlik Avroittifaqın bütün tarixi boyu tamamilə görünməmiş yenilikdir. Borrel bu fikri Ukraynaya Avrokomissiyanın başçısı Ursula fon der Lyayenlə birgə səfərindən sonra Tvitterdə xəbərlər seriyasında nümayiş etdirib.

«Bu müharibə döyüş meydanında udulmaılıdır» - Borrel yazıb.

Bu zaman o, növbəti dəfə ötən ayda Ukraynaya silah alınmasına əlavə olaraq 500 milyon avro ayrılmasını xatırladıb. Bu silahlar Ukraynanın tələbatı əsasında seçilməlidir.