Bu istiqamətdə hərəkət edən qatarlarda səyyar kitabxana fəaliyyətə başlayıb

01/01/2019 - 21:58 7 663 1   0  

Yeni ildə Tbilisi-Batumi ikimərtəbəli sərnişin qatarlarında səyyar kitabxana fəaliyyətə başlayıb.

Sərnişinlər bu kitabxanalarda klassiklərin və müasir dövrün şair və yazıçılarının əsrlərini oxuya bilirlər.

Gürcüstan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Daçi Tsquriya deyib ki, məqsəd sərnişinlər üçün daha rahat, maraqlı səyahət şəraiti yaratmaqdır.

Gələcəkdə səyyar kitabxananın digər qatarlarda və uzaq məsafələr üçün nəzərdə tutulmuş başqa nəqliyyat vasitələrində də açılması nəzərdə tutulub. (AzərTAc)