Ermənilər informasiya müharibəsində bizdən hər zaman bir addım irəlidə olublar. Çünki onlar ta qədimdən bu işlərə hazırlıq görüblər.
Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin səsləndiriyi fikirlərlə bağlı açıqlama verən tanınmış jurnalist, siyasi analitik Elçin Şıxlı deyib.
O, qeyd edib ki, bizdə Diasporla İş üzrə Dövlət Komitəsinin cəmi 16 yaşı var, ancaq ermənilərdə hələ 1950-60-cı illərdən “Hayreniq”, yəni “Vətən” adlı dövlət səviyyəsində müvafiq qurum var idi:
“Bilirsiniz ki, ermənilər dünyanın hər yerinə yayılmış xalqdır. Hara gedirlərsə, orada kilsə və erməni uşaqları üçün məktəb açırlar. Bundan sonra da şəbəkə halında həmişə birləşirlər. O cümlədən Rusiya mədəniyyətində, teatrlarında, kinosunda, elmində, jurnalistikada, bir sözlə, hər yerdə ermənilər mövcuddur. Bunun qarşısında Azərbaycan hələ də müdafiə olunur və mən düşünürəm ki, 2016-cı ilin aprel döyüşlərinə dair həqiqətlərin çatdırılması istiqamətində biz az-çox nəsə edə bilmişik. Amma bunlar kifayət deyil. Biz bu istiqamətdə daha güclü işləməliyik. Bizim bu istiqamətdə görməli olduğumuz hələ xeyli işlər var”.
E.Şıxlı qeyd edib ki, bu işləri görmək mümkündür və qısa zamanda nəticəsini də görə bilərik:
“Sadəcə olaraq biz düzgün, yəni, planlı şəkildə işləyə bilmirik. Çox pərakəndəlik var. Biz ancaq hansısa konkret kampaniya ərzində nəsə müsbət nəticə əldə edə bilirik. Amma hansısa hadisə keçəndən sonra biz yenə də yatırıq. Sistemlilik yoxdur. Biz bu istiqamətdə çox pul xərcləsək də, ermənilərin daha az vəsaitə qazandığını biz heç də həmişə əldə edə bilmirik. Bu istiqamətdə xeyli işləmək lazımdır. İşləyib nə isə bir nəticə əldə etmək də mümkündür”.
Qeyd edək ki, D.Savelyev erməni lobbisinin 2016-cı il aprel hadisələri zamanı həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdığını bildirib. O, qeyd edib ki, Azərbaycanın işğal olunuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələri televiziyalarda çıxışlarında və brifinqlərdə Qərb KİV-lərinin jurnalistlərinin suallarına cavab verərək aprel hadisələri ilə bağlı öz versiyalarını çatdırıblar, müvafiq telekanallar isə onlara peyk vasitəsilə azad çıxış imkanı təqdim edib. Dumanın deputatı vurğulayıb ki, bununla belə, Azərbaycan bu istiqamətdə ciddi iş aparıb, nəticədə ictimai rəyi öz tərəfinə çəkə bilib və tədricən Qərb mətbuatında həmin hadisələrin adekvat görüntüsü yaranıb.
“Bu istiqamətdə daha güclü işləməliyik” – Elçin Şıxlı