"Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".
Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını “Facebook” səhifəsində belə dəyərləndirib.
“Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o yazıb.
Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək.
"Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq” - Saakaşvili

Bölmənin xəbərləri