Boru kəmərində PARTLAYIŞ: 20 ölü, 54 yaralı

19/01/2019 - 09:29 2 569 0   0  

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 20 nəfər ölüb, daha 54 nəfər yaralanıb.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.