BMT Təhlükəsizlik Şurası (TŞ) Fələstin-İsrail qarşıdurması fonunda bölgədə gərginliyin artmasını müzakirə etmək məqsədilə təcili toplantı keçirəcək.
TASS bildirir ki, bu barədə Təhlükəsizlik Şurasındakı mənbə məlumat verib.
Qeyd edilib ki, məsləhətləşmələr çərşənbə günü saat 09:00-a (Bakı vaxtı ilə 17:00) təyin olunub.
Qeyd edək ki, bazar ertəsi keçirilən məsləhətləşmələrdə BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə bağlı vahid bəyanat hazırlaya bilməyib. TASS mənbələrinin məlumatına görə, birgə sənədin qəbul edilməsi bu dəfə də mümkün olmayacaq.
Belə ki, İsrail və Qəzza zolağından fələstinli radikallar arasında raket zərbələri mübadiləsi Şərqi Qüdsdəki Əl-Əqsa Məscidində son günlərdə 700-dən çox insanın yaralandığı iğtişaşlardan sonra baş verib.
BMT Təhlükəsizlik Şurası təcili toplanır - QÜDSDƏKİ VƏZİYYƏTƏ GÖRƏ

Bölmənin xəbərləri