27 iyun 2020-ci il tarixində QAİR-in Millət Şurasının sədri Qafar Çaxmaqlının sədrliyi ilə Məşvərət Şurasının onlayn konfransı keçirildi. Konfransı giriş sözü ilə açan Qafar Çaxmaqlı QAİR-in elan olunduğu gündən bu günədək keçən dövr ərzində görülmüş işlər haqda məlumat verdi, ardınca QAİR-in Məşvərət Şurasının yaranması və ilk konfransının keçirilməsi münasibətilə Türkiyə, Rusiya, Almaniya, Ukrayna, İspaniya, Niderland və s. kimi dünyanın 50-dən ölkəsindən konfransa qatılan şura üzvlərini konfrans iştirakçılarına təqdim etdi.
Daha sonra söz alan Məşvərət Şurasının sədri Mülazim Pahsa çıxış edərək MŞ-nın planları və qarşıda görüləcək işlərlə bağlı məlumat verdi. Sədarətin üzvlərindən Qələndər Muxtarlı Məşvərət Şurasının əsasnaməsini konfrans iştirakçılarına təqdim etdi. Əli Mustafa və İlham İsmayılov MŞ üzvlərinin bu toplantısına böyük dəyər verərək şura üzvlərinə uğurlar arzuladılar.
MŞ-nın üzvləri QAİR-in qurulması istiqamətində görüləcək işlərlə bağlı çıxışlar edərək müxtəlif təkliflər səsləndirdilər. Eyni zamanda MŞ-na yeni üzvlərin qəbulu həyata keçirildikdən sonra çıxışlar davam etdirildi. Rasim Comərd şəxsiyyət vəsiqələrindəki rayonla yanaşı kəndlərimizin də adlarının bərpasının vacibliyini qeyd etdi və MŞ üzvlüyünə Türkiyədə yaşayan Onurhan Beyhan və Qazaxstanda yaşayan Aslan Hacıyevin əlavə edilməsini də təklif etdi.
Çıxış edən MŞ-nın üzvləri Məhluqə Qaramanlı QAİR-in layihələrini həyata keçirmək, media ilə bağlı təbliğat işləri görmək və s. məqsədlər üçün maliyyə vəsaitlərinin ünvanlanacağı fondun yaradılmasını, Vahid Qorxmaz QAİR-in siyasətini, məqsəd və məramını təbliğ etmək, həmçinin yayımlamaq məqsədi ilə TV-nın yaradılmasını, Fuad Ağbabalı diaspora və beynəlxalq əlaqələr sahəsində görüləcək işlərlə bağlı, Əli Əliyev QAİR-in futbol komandasının yaradılması işlərinin artıq yekunlaşdığını və hazırlıqların başa çatdığını konfrans iştirakçılarına çatdırdı. Cahandar Bayoğlu Dövlətin adının İrəvan Türk Dövləti, dilimizin türk dili adlandırılmalı olduğunu, qurulacaq dövlətin Ana yasası, İdarə üsulu, ordu quruculuğu və s. təkliflərlə çıxış etdi. Təşkilat məsələləri və seçkilərin keçirilməsi üzrə departament rəhbəri Cəmşid Dərələyəzli konfrans iştirakçılarını salamladı və öz ürək sözlərini bildirərək qeyd etdi ki, Azərbaycan və Türkiyənin daxili siyasətinə qarışmadan qardaş dövlətlərin dəstəyinə güvənərək məramımıza uyğun olaraq irəliyə doğru qətiyyətli addımlarla addımlamalıyıq.
MŞ üzvlərindən Mustafa Mustafayev, Rafael Qəribov, İmdat Avşar, Sevinc Üçgül, Mahmut Cömert, Hikmet Elp, İlhan Aşkın, İradə Rzazadə, Kerim Askeri, Ağası Hun, Musa Cabbar, Xuraman Hülya Ağasoy, Akif Çakmak, Vahid İmanov, Talıb Bağırov, Resul Resul və s. olduqca qiymətli təkliflər ilə davam edən çıxışlar bir-birindən fərqli və faydalı olsa da aparıcı fikir İrəvan Dövlətinin qurulacağına olan inam idi. Bu inamlı çıxışlardan, millətimizin başlamış siyasi hərəkatlanmaya olan maraqlardan aydın olurdu ki, ata yurdlarımıza dönüşümüz qaçılmazdır və o tarixi an uzaqda deyil. Ana Yasanın hazırlanmasından, kültür-sənət, elm-təhsil, bilim, tarix, ədəbiyyat, idman, xarici əlaqələr olmaqla hər yöndə təkliflər oldu. Dünyanın hər yerindən qatılım olan toplantının ruhundan əminliklə görünürdü ki, İrəvanda, Xankəndində, Ağbabada, Göyçədə, Şörəyeldə, Gümrüdə, Pəmbəkdə, Zəngəzurda, Laçında, Kəlbəcərdə, Ağdamda, Uluxanlıda, Qaraqoyunluda, Şuşada…, görüşəcəyimiz gün gerçəkləşir.
Qafar Çaxmaqlı yekun nitqi söyləyərək səmimi, işgüzar və faydalı müzakirələrlə 3 saat davam edən konfransı bağlı elan etdi.
BİZ QƏRBI AZƏRBAYCANA-İRƏVANA MÜTLƏQ DÖNƏCƏYIK!

QAİR-in mətbuat xidməti.
Bölmənin xəbərləri