Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfəri öncəsi Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırsa, İrəvanla Ankara arasında da münasibətlər müsbət inkişaf edəcək.
Suveren.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
“Praqada Ermənistanla danışıqlarda biz çox açıq şəkildə bildirdik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə inkişaf etdirsəniz, bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə inkişaf edəcək. Biz bunu həm dar çərçivədə, həm də nümayəndə heyətlərinin görüşündə onlara çox aydın şəkildə bildirdik. Hələlik, təbii ki, bu mərhələnin artıq keçdiyini deyə bilmərəm. Çünki həm Fransada, həm də ABŞ-da erməni diasporu davamlı olaraq qərəzli fəaliyyət göstərir ki, bu da bu prosesə (münasibətlərin yaxşılaşmasına) mənfi təsir göstərir. Bu diasporların neqativ işini kim müsbət istiqamətə çevirəcək? Şübhəsiz ki, bununla Ermənistan rəhbərliyi məşğul olmalıdır. Buna nail ola bilsələr, bizim baxışımız da müsbət istiqamətdə dəyişəcək. Bu baxımdan, biz düşmən olmağa deyil, dost olmağa çalışırıq”, - deyə Ərdoğan bildirib.
“Biz düşmən olmağa deyil, dost olmağa çalışırıq” – ƏRDOĞAN ERMƏNİSTAN HAQDA

Suveren.az
Bölmənin xəbərləri