“Bill Qeyts koronavirusu bəşəriyyəti çipləşdirmək üçün meydana çıxardı” – TRAMPIN KEÇMİŞ MÜŞAVİRİNDƏN ŞOK AÇIQLAMA /Video

15/04/2020 - 15:05 17 642 0   0  

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Rocer Stoun yeni tipli koronavirusun “Microsoft” şirkətinin başçısı Bill Qeyts tərəfindən, insanların bədəninə mikroçiplər yerləşdirilməsi məqsədilə bəhanə olaraq meydana çıxarıldığını bildirərək deyib: "“Microsoft"un yaradıcısı Bill Qeyts insanlara mikroçiplər yerləşdirilməsi üçün koronavirusu meydana çıxardı. Heç kim mənim bədənimə çip yerləşdirə bilməyəcək”.

“Qeyts və digər qlobalçılar viruslardan insanlara məcburi şəkildə peyvənd edilməsi və onların testdən keçib-keçmədiklərini öyrənmək üçün bədənlərinə çip yerləşdirilməsi üçün istifadə edirlər.  İcbari peyvəndlər təhlükəli ola bilər”- deyən, Rocer Stounun sözlərinə görə, Qeyts artıq uzun müddətdir ki, səhiyyə sahəsinin qlobal böhrana, məsələn koronavirus epidemiyasına hazırlığının fəal tərəfdarı kimi çıxış edir.

Suveren.az