Beyrut valisi Marwam Aboud partlamanın dağıntıları arasında jurnalistlərə açıqlama verərkən gözyaşlarını saxlaya bilmədi

05/08/2020 - 11:54 6 826 0   0  

Dünən Livanın paytaxtı Beyrut qorxunc bir partlama ilə sarsıldı. Beyrut limanında bir kargo gəmisində olan 2 min 750 ton ağırlığındakı amonium nitrat maddəsi nüvə bombası kimi partladı, liman xarabalığa döndü. Partlamanın dəhşətli görüntüsü təsadüfən kamerayla qeydə alındı və izləyənləri dəhşətə saldı. Bu qorxunc hadisədə ölənlərin sayı 73-ə çatdı, 3 mindən çox yaralı var.

Suveren.az bu barədə "Hürriyet"ə istinadla bildirir. Partlama nəticəsində yüzlərlə metr hündürlüyündə toz buludu yaranarkən, ərtafdakı çox sayda iş yeri və evlərə zərər dəydi. Livan DİN, haqqında söhbət gedən partlayıcı maddənin daha əvvəl təşkil olunmuş bir əməliyyatda ələ keçirildiyini bildirdi. Yerli mediaya məlumat verən təhlükəsizlik rəsmisi, “ələ keçirilmiş 2750 ton amonium nitratın, saxlanıldığı anbarda, kiçik bir təmir üçün edilən qaynaq işi zamanı partladığını” söylədi. Partlamanın ardınca şok dalğası təxminən 200 kilometr məsafədəki Kiprdə də hiss edildi. Adanın Livana baxan cənub sahillərində yaşayanlar partlamanı tam  olaraq hiss etdiklərini və ərazinin zəlzələdəki kimi titrədiyini dedilər.

Livan prezidenti Michel Aoun, partlamaya, altı ildir ki, liman bölgəsində yetərli təhlükəsizlik tədbirləri görülmədən saxlanılan 2 min 750 ton amonium nitratın yol açdığını və bunun qəbuledilməz olduğunu söylədi. Livan Səhiyyə naziri Hamad Hassan verdiyi açıqlamada, patlamada 70-dən çox adamın öldüyünü, 4 min nəfərin yaralandığını bildirdi. Səhiyyə naziri kimyəvi maddə partlaması səbəbi ilə sağlamlıq problemlərinin yarana biləcəyindən bölgədə yaşayan xalqa ərazini tərk etməyə çağırış etdi. Bu arada İsrailli rəsmilər partlama ilə əlaqələrinin olmadığını açıqladı və Livan Hizbullahı da partlamanın qaynağının İsrail ola biləcəyi iddialarını təkzib etdi. İsrail ordusu tez-tez Livandakı Hizbullah hədəflərinə hücum əməliyyatları təşkil edir. Şəhərdə elektik enerjisinin verilməsi dayandırılıb. Beyrut valisi Marwam Aboud partlamanın dağıntıları arasında jurnalistlərə açıqlama verərkən gözyaşlarına boğulub. Livan baş nazirinin xanımı və qızının da yüngül şəkildə yaralandığı bildirilərkən, Baş nazir Hassan Diyab “milli matəm” elan etdi. 

ABŞ prezidenti Donald  Tramp isə hadisəylə bağlı, əks yöndəki dəyərləndirmələrə zidd olaraq, “Dəhşətli bir hücum kimi görünür” dedi. Tramp, "ABŞ hərbçilərinin, bunun bir bombalı hücum olduğunu düşündüyünü" söylədi.

Suveren.az