Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Belarusun ilin sonuna qədər Rusiyanın tərkibinə qatılacağına əmindir. Hətta o qədər əmindir ki, “Exo Moskva” radiostansiyasının aparıcısı ilə bir yeşik pivədən mərc gəlib.
Virtualaz.org xəbər verir ki, Jirinovski özü bu haqda telegram-kanalında yazıb: “Exo Moskva”nın aparıcısı Aleksey Narışkinlə bir yeşik pivədən mərc gəldik ki, ilin sonuna qədər Belarus Rusiyanın tərkibinə daxil olacaq”.
Lakin Jirinovski Belarusun hansı formada Rusiyanın tərkibinə qatılacağını dəqiqləşdirməyib. Hərçənd o, əmindir ki, belarusluların əksəriyyəti Rusiyaya birləşməyi istəyir və bu ideyadan cuşa gəlir. Siyasətçinin fikrincə, Belarusun birləşməsindən sonra ölkə Minsk və Moqilyov vilayətlərinə bölünəcək.
Jirinovski “Exo Moskva”ya müsahibəsində habelə Aleksandr Lukaşenkonu “MDB-dəki sonuncu bolşevik” adlandırıb. Və hesab edib ki, Belarusda baş verənlər SSRİ-nin son illərini çox xatırladır. Hansı ki, o vaxtlar siyasi quruluş ancaq sərt rejimin və güc tətbiqinin sayəsində ayaqda qalırdı.
Belarusda seçkilərdən sonra yaranmış vəziyyətdən çıxış yolunu açıqlayan Jirinovski hesab edir ki, Lukaşenko üç aylıq məzuniyyətə çıxmalıdır. Lakin bundan əvvəl Belarus parlamentində kadr dəyişiklikləri aparmalıdır. O cümlədən Belarus hökumətinin rəhbəri postuna ölkənin Rusiya ilə inteqrasiyasını başladacaq adamı təyin etməlidir.
“Və qoy Belarusun Rusiyanın tərkibinə daxil olması məsələsi qaldırılsın. Parlament buna səs verəcək və onlar 2021-ci il yanvarın 1-nə qədər Rusiyanın tərkibinə daxil olacaqlar”,-Jironovski deyib.
“BELARUS İLİN SONUNA QƏDƏR RUSİYANIN TƏRKİBİNƏ QATILACAQ...” - Jirinovski bir yeşik pivədən mərc gəldi

Bölmənin xəbərləri