Bayram təbrikinə görə tanışını bıçaqlayan həbs edildi

14/11/2018 - 21:21 6 808 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Suveren.az oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Abıyev üç il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və H.Abıyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, cinayət hadisəsi bu il martın 22-də Binəqədi rayon ərazisində baş verib. 2000-ci il təvəllüdlü H.Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Ədalət oğlu Süleymanovu bıçaqlayıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisədən əvvəl S.Süleymanov H.Abıyevi Novruz Bayramı ilə bağlı təbrik edib. H.Abıyev isə yaxınlarından birini itirdiyini, evdə bayramı qeyd etmədyini bildirib. S.Süleymanov isə onu bir daha təbrik edib. Buna əsəbləşən H.Abıyev tanışını bıçaqlayıb.