Bayram Səfərov bahalı avtomobilindən danışdı - “Axı mənim yanımda Tramp kimdir?”

22/01/2019 - 12:21 12 079 0   0  

Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

Suveren.az xəbər verir ki, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:
"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.
Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.
Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb.
Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.