Bakıdakı yolka hündürlüyünə görə MDB-də ikincidir

02/01/2019 - 20:29 2 524 0   0  

MDB ölkələrində qurulan ən uzun yolkaların reytinqi hazırlanıb.

"TurStat" məlumat verib ki, MDB-nin ən uzun yolkası Aşqabadda qurulub. Onun uzunluğu 38 metr təşkil edib.

Bakıda və Yerevanda qurulan yolkalar (37 metr) reytinqdə 2-ci və 3-cü yerləri paylaşıblar.

İlk onluğa həmçinin Daşkənd (35 metr), Minsk (30 metr), Düşənbə (28 metr), Moskva (27 metr), Astana, Bişkek və Tbilisidə (25 metr) qurulan yolkalar daxil olublar.