Ötən gün Bakıda II dünya savaşının bitməsi- qələbə günü münasibəti ilə keçirilən yürüşdə, Azərbaycanda represiyalar həyata keçirən, yüzlərlə aydınımızın qətlinə fərman verən SSRİ dövlət başçısı İosif Stalinin fotosunun əks olunduğu plakatların qaldırılması, cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı millət vəkili Aydın MirzəzadəRedaktor.az-a açıqlama verib. Millət vəkili vurğulayıb ki, o, Stalinin portretinin qaldırılmasına etiraz edənlərdən biridir:
“İosif Stalin Azərbaycan üçün ağır fəsadlara gətirib çıxaran addımlar atıb. Azərbaycanda heç bir ehtiyac olmadan 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Azərbaycana uzun müddət qeyri-azərbaycanlıların rəhbərlik etməsi praktikasının tətbiq edilməsi, Azərbaycan ziyalılarının təqib edilməsi və öldürülməsi, represiya maşını ilə qətlə yetirilməsi, Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinə qarşı səlib yürüşünün təşkil edilməsi, azərbaycançılığın və Azərbaycan dəyərlərinin təbliğ edilməsinin qarşısının alınması, yer adlarının dəyişdirilməsi, məhz Stalinin dövründə Azərbaycanın 1000 kilometrlərlə ərazisinin qonşu Ermənistana verilməsi - bunlar hamısı Stalinin Azərbaycana verdiyi "töhfə"lərdir. Fəaliyyəti boyu Azərbaycana qarşı çox böyük faciələr yaşatmış bir insanın portretinin paytaxtımızda qaldırılması, represiyalarda həlak olunanların ruhunun təhqir edilməsidir. Stalin tək Azərbaycan üçün yox, bütün SSRİ üçün böyük fəsadlara gətirib çıxaran addımlar atıb. Stalinizm termini ilk növbədə insan hüquqlarının pozulması, milyonlarla insanın heç bir səbəb olmadan qətlə yetirilməsi, keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın da dünya sivilizasiyasından fərqli bir yolla aparılması anlamına gəlir. Bu insan haqqında tarixdə çox mənfi rəy mövcuddur. Bu baxımdan Stalinin portretinin qaldırılmasını müəyyən qüvvələrin Azərbaycan daxilində keçmişini unutdurmaq, Azərbaycana stanilizm ideyaları yaymaq cəhdləri kimi qiymətləndirirəm”.
Millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı saytımıza danışıb. F.Mustafa hesab edir ki, ümumiyyətlə, Stalinin şəkli ilə Azərbaycanda hansısa bir tədbirə çıxmaq utancverici hadisədir:
“Çünki Stalin Azərbaycanın fəlakətlərinin əsas müəlliflərindən biridir. Ona hansısa simpatiya bəslənməsi dar çərçivədə ölkənin, millətin, xalqın gələcəyinə baxışdan irəli gəlir. Bunu ancaq Azərbaycanın düşmənləri edə bilərlər. Bu gün də Stanizmin içində yaşayan insanlar sadəcə düşüncə olaraq, cahilliyi özündə daşıyan insanlardır. Bunu başqa cür qiymətləndirnək olmaz. Təkcə Azərbaycan xalqına yox, Qafqaz xalqlarını, Krım türklərini bütövlükdə məhv etmiş, böyük, Azərbaycan türklərini də ordan-bura köçürərək, deportasiya etmiş bir dövlətin başında duran şəxsin bu gün Azərbaycanda hörmətlə anılması yolverilməzdir”.
Millət vəkili qeyd edib ki, proseslərin bu yöndə irəliləməsinə şərait yaradılıb:
“Bu gün Azərbaycanda “Qələbə günü” öz qələbəmiz kimi anlaşılmağa başlayıb. Bu siyasət əlbəttə ki, Azərbaycan cəmiyyətində Stalinin dirçəlməsinə gətirib çıxaracaq bir nəticə verməli idi və bu, artıq baş verdi. Bu məsələdə çox həssas olmalıyıq və hər hansı bir şəkildə Azərbaycanın faciəsində rolu olan bir şəxsin bu qədər açıq şəkildə təbliğ olunmasına imkan verməməliyik”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məsələ ilə bağlı saytımıza danışıb. Polkovnik bildirib ki, onların keçirdikləri tədbirdə belə bir plakat qaldırılmayıb:
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçirdiyi tədbirdə özüm də iştirak edirdim. Bizim keçirdiyimiz tədbirdə Stalinin fotosu əks olunan bayraq, plakat görməmişəm. Rayonların hamısı bu cür tədbirlər keçirir. Biz onların hamısına nəzarət edə bilmərik”.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov da məsələ ilə bağlı Redaktor.az-a danışıb. İ.Kərimov bildirib ki, bu tədbirin keçirilməsi üçün İcra Hakimiyyətindən sadəcə icazə verilib:
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Rus icması bu tədbirin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən sadəcə tədbirin keçirilməsinə icazə verilib. Plakatlar barədə əlavə bilgilər verilməyib”.
Bakıda Stalinin portretini kimlər QALDIRTDIRIB? – Millət vəkilləri od püskürdü...
Ötən gün Bakıda II dünya savaşının bitməsi- qələbə günü münasibəti ilə keçirilən yürüşdə, Azərbaycanda represiyalar həyata keçirən, yüzlərlə aydınımızın qətlinə fərman verən SSRİ dövlət başçısı İosif Stalinin fotosunun əks olunduğu plakatların qaldırılması, cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə Redaktor.az-a açıqlama verib. Millət vəkili vurğulayıb ki, o, Stalinin portretinin qaldırılmasına etiraz edənlərdən biridir:
“İosif Stalin Azərbaycan üçün ağır fəsadlara gətirib çıxaran addımlar atıb. Azərbaycanda heç bir ehtiyac olmadan 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Azərbaycana uzun müddət qeyri-azərbaycanlıların rəhbərlik etməsi praktikasının tətbiq edilməsi, Azərbaycan ziyalılarının təqib edilməsi və öldürülməsi, represiya maşını ilə qətlə yetirilməsi, Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinə qarşı səlib yürüşünün təşkil edilməsi, azərbaycançılığın və Azərbaycan dəyərlərinin təbliğ edilməsinin qarşısının alınması, yer adlarının dəyişdirilməsi, məhz Stalinin dövründə Azərbaycanın 1000 kilometrlərlə ərazisinin qonşu Ermənistana verilməsi - bunlar hamısı Stalinin Azərbaycana verdiyi "töhfə"lərdir. Fəaliyyəti boyu Azərbaycana qarşı çox böyük faciələr yaşatmış bir insanın portretinin paytaxtımızda qaldırılması, represiyalarda həlak olunanların ruhunun təhqir edilməsidir. Stalin tək Azərbaycan üçün yox, bütün SSRİ üçün böyük fəsadlara gətirib çıxaran addımlar atıb. Stalinizm termini ilk növbədə insan hüquqlarının pozulması, milyonlarla insanın heç bir səbəb olmadan qətlə yetirilməsi, keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın da dünya sivilizasiyasından fərqli bir yolla aparılması anlamına gəlir. Bu insan haqqında tarixdə çox mənfi rəy mövcuddur. Bu baxımdan Stalinin portretinin qaldırılmasını müəyyən qüvvələrin Azərbaycan daxilində keçmişini unutdurmaq, Azərbaycana stanilizm ideyaları yaymaq cəhdləri kimi qiymətləndirirəm”.
Millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı saytımıza danışıb. F.Mustafa hesab edir ki, ümumiyyətlə, Stalinin şəkli ilə Azərbaycanda hansısa bir tədbirə çıxmaq utancverici hadisədir:
“Çünki Stalin Azərbaycanın fəlakətlərinin əsas müəlliflərindən biridir. Ona hansısa simpatiya bəslənməsi dar çərçivədə ölkənin, millətin, xalqın gələcəyinə baxışdan irəli gəlir. Bunu ancaq Azərbaycanın düşmənləri edə bilərlər. Bu gün də Stanizmin içində yaşayan insanlar sadəcə düşüncə olaraq, cahilliyi özündə daşıyan insanlardır. Bunu başqa cür qiymətləndirnək olmaz. Təkcə Azərbaycan xalqına yox, Qafqaz xalqlarını, Krım türklərini bütövlükdə məhv etmiş, böyük, Azərbaycan türklərini də ordan-bura köçürərək, deportasiya etmiş bir dövlətin başında duran şəxsin bu gün Azərbaycanda hörmətlə anılması yolverilməzdir”.
Millət vəkili qeyd edib ki, proseslərin bu yöndə irəliləməsinə şərait yaradılıb:
“Bu gün Azərbaycanda “Qələbə günü” öz qələbəmiz kimi anlaşılmağa başlayıb. Bu siyasət əlbəttə ki, Azərbaycan cəmiyyətində Stalinin dirçəlməsinə gətirib çıxaracaq bir nəticə verməli idi və bu, artıq baş verdi. Bu məsələdə çox həssas olmalıyıq və hər hansı bir şəkildə Azərbaycanın faciəsində rolu olan bir şəxsin bu qədər açıq şəkildə təbliğ olunmasına imkan verməməliyik”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məsələ ilə bağlı saytımıza danışıb. Polkovnik bildirib ki, onların keçirdikləri tədbirdə belə bir plakat qaldırılmayıb:
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçirdiyi tədbirdə özüm də iştirak edirdim. Bizim keçirdiyimiz tədbirdə Stalinin fotosu əks olunan bayraq, plakat görməmişəm. Rayonların hamısı bu cür tədbirlər keçirir. Biz onların hamısına nəzarət edə bilmərik”.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov da məsələ ilə bağlı Redaktor.az-a danışıb. İ.Kərimov bildirib ki, bu tədbirin keçirilməsi üçün İcra Hakimiyyətindən sadəcə icazə verilib:
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Rus icması bu tədbirin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən sadəcə tədbirin keçirilməsinə icazə verilib. Plakatlar barədə əlavə bilgilər verilməyib”.
Firuzə Vahid
Bölmənin xəbərləri