BAKIDA ŞOK OLAY: Cinayətkar tutularkən boğazını kəsdi

15/11/2018 - 18:29 7 624 0   0  

Bakıda cinayət törətməkdə şübhəli bilinən şəxs tutularkən özünə xəsarət yetirib.

Open.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Naməlum şəxs Eşqin adlı oğlanın telefonunu danışmaq adı ilə alaraq hadisə yerindən qaçıb.
Həmin ərazidə xidmət aparan Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları soyunğuçunu təqib edərək saxlayıblar.
Cinayət törədən şəxs polisin üzərinə ülgüc çıxarıb.
Polisə xəsarət yetirə bilməcəyinə görən cinayətkar öz boğazını kəsib. O polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya aparılıb.
Araşdırmalar zamanı soyğunçuluq əməlini törədən şəxsin əvvəllər məhkum olunmuş Cavanşir Bayramov olduğu məlum olub.