Bakıda DƏHŞƏT: 66 yaşlı qadın diri-diri yandı

05/01/2019 - 12:47 3 175 0   0  

Bakıda qadın yanaraq ölüb.

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1952-ci il təvəllüdlü Quliyeva Bənövşə Xalıqverdi qızı yaşadığı evin həyətində odun sobasını yandırmaq üçün sobaya ağ neft töküb. Qadın sobanı yandırarkən əlindəki neft qabı da alışıb və qadının üzərinə tökülüb.
66 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır./Open.az