Bakıda bu klinika fantastik qiymətə satışa çıxarıldı - 15 milyon manata...

26/01/2019 - 13:16 3 511 0   0  

Bakıda fəaliyyət göstərən “Qismət” klinikası fantastik qiymətə satışa çıxarılıb.

Axar.az xəbər verir ki, ümumi sahəsi 4300 kv olan, 7 mərtəbəli özəl klinikanı satışa mülkiyyətçi özü təqdim edib.
Hər bir şəraiti olan tam avadanlıqlarla təmin olunmuş klinikanın qiyməti 15 milyon manatdır.
Mülkiyyətçi bildirib ki, klinikadakı aparatlar, əməliyyat otaqları, palatalar son modeldir. Klinikadakı avadanlıqların əksəriyyəti istifadə edilməyib.
Burada MRT və KT, USM, Rentgen aparatları da mövcuddur. Qiyməti bu qədər yüksək edən isə klinikanın avadanlıqlarla birgə satılmasıdır.