Bakıda “avtogenosid”: 9 ayda 150 nəfər ölüb

27/10/2018 - 21:23 7 315 0   0  

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində baş vermiş 430 yol-nəqliyyat hadisəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Suveren.az bildirir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı şəhər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənovun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.

Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.