Sosial şəbəkərlərdə isə avtobus və metronun 20 qəpik olmasını istəyənlər kampaniya başladıb.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının gedişhaqqı artırılır. Yanvarın 28-dən etibarən kağız biletlərdən istifadə edən sərnişinlər 10 qəpik artıq ödəyəcəklər.
Ekonom vaqonlarda plastik kartdan istifadədə isə qiymət dəyişməyib.
Əvəzində biznes-klass vaqonlarında qiymətlər 50 qəpik artıb. Hazırda bu vaqonlar üçün kağız biletlər 1.60 manatdır, yanvarın 28-dən isə 2.10 manat olacaq. Plastik kartlarda isə 2 manat olacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “modern.az”-a deyib ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı, elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir:
“Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gedişhaqqı arasında qiymət fərqi tətbiq ediləcək”.
O həmçinin deyib ki, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.
Sosial şəbəkələrdə isə ictimai nəqliyyatda gedişhaqqının əvvəlki tariflə - 20 qəpik olmasını istəyənlər kampaniya başladıb. Sadıq Əliverdibəyli adlı ictimai fəalın başlatdığı kampaniyada deyilir ki, Azərbaycanda ictimai nəqliyyat (avtobus, metro) yenidən 20 qəpik olsun!
“Əvvəllər ictimai nəqliyyatda gediş haqqı 20 qəpik idi. Lakin Tarif Şurasının qəbul etdiyi qərara əsasən avqust ayının 1-dən gediş haqqı 30 qəpik müəyyənləşdirildi. Bizim də gündəlik istifadə etdiyimiz nəqliyyat növü avtobus və metrodur. Hər gün işə və ya evə getmək üçün 2-3 avtobus dəyişən insanlar var. 30 qəpikdən gündəlik yol xərci 1 AZN-dən artıq edir. Bunları nəzərə alaraq mən təklif edirəm ki, ictimai nəqliyyatda gediş haqqı yenidən 20 qəpik olsun” – deyə fəal bildirib.
Artıq bu kampaniyaya 5 min nəfər qoşulub.
Bakı-Sumqayıt elektrik qatarında qiymət ARTIMI