Bakı-Astara yolunda ağaclara qənim kəsilənlərə nə vaxt "dur!" deyiləcək?Bir neçə müddətdir ki, yaşıllıqlara qənim kəsilən şəxslərin əməlləri müvafiq qurumlar tərəfindən ifşa olunsa da, bu kimi halların qarşısı tam alınmayıb. Cənub bölgəsində yaşayan sakinlərin redaksiyamıza Bakı-Astara yolunda yaşıllıqlara divan tutulması ilə bağlı şikayətindən sonra əməkdaşımız hadisə yerinə ezam olunub.
Suveren.az moderator.az –a istinadən bildirir ki, magistral yolun hər iki tərəfində ağaclar naməlum şəxslər tərəfindən kəsilərək məhv edilir. Bundan rayon sakinləri də narahatdır. Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonları ərazisində yol qırağındakı nəhəng ağaclar kəsilərək ərazidən daşınır.
Ümidvarıq ki, məsələni tez bir zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarətə götürəcək.
Bakı-Astara yolunda ağaclara qənim kəsilənlərə nə vaxt "dur!" deyiləcək?

Bölmənin xəbərləri