Azərbaycanlı qadın sirkədən zəhərləndi

17/12/2018 - 20:28 13 243 0   0  

Rusiyanın Sankt-Peterburq şəhər xəstəxanasına qida borusunun kimyəvi yanığı ilə azərbaycanlı gətirilib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı hüquq-mühafizə orqanları məlumat yayıb.

35 yaşlı azərbaycanlıya zəhərlənmə və qida borusunun yanığı diaqnozu qoyulub. Məlum olub ki, xəstəxanaya gətirilməzdən yarım saat əvvəl qadın 9 faizlik sirkə məhlulu içib.

Həkimlərin sözlərinə görə, qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.