Azərbaycanın dərmana xərclədiyi pul artıb

18/12/2018 - 18:06 10 780 0   0  

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 15 min 451 ton əczaçılıq məhsulları idxal olunub

Bunun üçün Azərbaycan xarici dərman şirkətlərinə 266 mln. 826,67 min dollar ödəyib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, dava-dərmanın idxalda xüsusi çəkisi 2.59% təşkil edir.
Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 228 mln. 328,55 min dollar dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirlmişdi. Beləliklə, 2018-ci ilin ötən on bir ayında bu məhsulların ölkəyə idxalına çəkilən xərc 16,8% artıb.