Azərbaycanda yeni elektrik enerjisi tarifləri müəyyən edilib.
Bu barədə Tarif (qiymət) Şurası xəbər verir.
“Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib”, - məlumatda deyilir.
Əhali üzrə aylıq istehlak həcmi 200 kVt/s olan hissə üçün 1 kilovatt/saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5 %) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt/saatdan 300 kVt/s-adək olan hissə üçün 1 qəpik (11,1 %) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kVt/s-dan çox olan hissə üçün 2 qəpik (15,4 %) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt/saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8 %) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
- 65 % abonent üzrə - 45 qəpik,
- 20 % abonent üzrə - 1 manat 33 qəpik,
- 15 % abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.
“Göründüyü kimi, əhalinin 65 %-i üçün 1 kilovatt/saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5 %) artırılır”, - məlumatda deyilir.
İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt/saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6 %) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt/saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6 %) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Bildirilir ki, elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.
Azərbaycanda elektrik enerjisinin qiyməti qaldırıldı - YENİ TARİFLƏR...

Qərar yanvarın 2-dən qüvvəyə minir.
Bölmənin xəbərləri