AZƏRBAYCANDA DAHA 21 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 1213 yeni yoluxma faktı qeydə alınıb

01/05/2021 - 17:05 196 0   0  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib. 24 220 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, bu günə qədər isə ümumilikdə 3 253 878 test icra olunub.