Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ

15/12/2018 - 15:42 8 914 0   0  

CVN internet televiziyasının 8 əməkdaşı işdən ayrılıb.

Bu sözləri televiziyasının əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş produserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub:
“Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk etdik. Buna səbəb baş produser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub”.
Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.