Azərbaycan və Qazaxıstan müdafiə və kosmik sənaye sahələrində əməkdaşlıq edəcək

02/04/2019 - 20:12 14 503 0   0  

Bu gün baş nazir Novruz Məmmədov Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, N.Məmmədov Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu və bu səfərin əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

A.Jumaqaliyev də müstəqilliklərini bərpa etdikdən sonra iki ölkənin aralarındakı əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edib.

Görüşdə Azərbaycan və Qazaxıstanın Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlı olduğu vurğulanıb. Həmçinin Xəzər dənizində birgə fəaliyyətə, nəqliyyat, rabitə, müdafiə sənayesi, kosmik sənaye, İKT, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.