“Azərbaycan çox da geridə qala bilməz” – Ziyad Səmədzadə

15/12/2018 - 14:42 9 004 0   0  

“Azərbaycanda kriptovalyutaların tətbiqi ilə bağlı sistemli baxış hələ formalaşmayıb”.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında bildirib.
O, blokçeyn və kriptovalyuta sahəsinin çoxlu suallar doğurduğunu deyib: “Bu məsələlər çox diqqətli araşdırma tələb edir. Bir çox ölkələr kriptovalyutalarla bağlı qəti fikir bildirmirlər. Əminəm ki, gələcəkdə bu fikirlər açıqlanacaq. Bu sahədə tələm-tələsik qərarların qəbul edilməsinə ehtiyac yoxdur. Amma Azərbaycan çox da geridə qala bilməz, bu sahədə bir çox məsələlər ölçülüb-biçilməlidir”.
Qeyd edək ki, Z.Səmədazadə II Beynəlxalq Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda (TISIFF 2018) iştirak edir. Gürcüstan parlamentinin Tbilisidəki binasında keçirilən toplantı 5 plenar və 4 paralel sessiyadan ibarətdir. Əsas müzakirə mövzuları innovativ maliyyələşdirmə alətləri, dayanqılı inkişaf məqsədləri üçün yeni alətlər olan kriptovalyutalar və blokçeyn texnologiyalarıdır.