"Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaş olub və olaraq qalır. Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırıq. Bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur. Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq. Biz bütün dünya üçün səmimi və açığıq, bizim qarşılıqlı münasibətlərimiz də elədir".
Suveren.az-ın məlumatına görə, bunları Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə deyib.
Dövlət başçısı bildirib ki, əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb: "Bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edildi. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəlmişik. Əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb. Dövlətlərarası etimadın yüksək səviyyədə olması təsadüfi deyil. Bunun əsasını Belarus və Azərbaycan xalqlarının qədim dostluq ənənələri təşkil edir. Bu, hətta ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir. Vurğulamalıyam ki, Belarus ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir. Azərbaycan
ilə əmtəə dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, onun həcmi optimal səviyyədən uzaqdır. Bu gün biz Prezidentlə bu barədə xeyli söhbət etdik. Biz əmtəə dövriyyəsinin artırılması üçün potensialın olduğunu görürük. İqtisadiyyatın inkişafına Prezidentlə bizim baxışlarımızın oxşar olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb. Belarusda maşınqayırmanın flaqmanları olan Minsk traktor zavodu, Minsk avtomobil zavodu, habelə Gəncə avtomobil zavodu bu işin layiqli nümunəsini nümayiş etdiriblər. Gəncədə artıq 10 mindən çox traktor və 3500 vahid avtotexnika yığılıb".
"Bu gün biz əməkdaşlığın prinsipcə yeni mərhələsinə - üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsinə başlamağa hazırıq. Vaxtilə biz bu barədə yalnız arzu edirdik. Minsk və Gəncə zavodlarının iştirakı ilə Türkiyə üçün traktorların buraxılışı layihəsi yüksək hazırlıq səviyyəsindədir. Gələcək məhz bu cür təşəbbüslərindir, onlara istiqamətlənmək lazımdır. Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi və onların orada yığılması kimi istiqamətlər üzrə perspektivlər var. Biz vaxtilə öz kombaynlarımızın istehsalı barədə qərar qəbul etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını yaratmağa və hətta Azərbaycandan daha çox üçüncü ölkələr üçün işləməyə hazırıq. Ona görə ki, sizin qonşularınızın bu texnikaya ehtiyacı Azərbaycanın özünün ehtiyacından xeyli çoxdur. Odur ki, biz MAZ və MTZ
prinsipləri üzrə bu texnikanın Azərbaycanda birgə istehsalı ilə məşğul olmağa hazırıq", - Belarus Prezidenti qeyd edib.
A.Lukaşenko vurğulayıb ki, aqrar sahədə əlaqələri genişləndirmək, ərzaq məhsullarının qarşılıqlı satışını artırmaq lazımdır: "Azərbaycan istehlakçısının bizim süd, ət, balıq məhsullarımıza, qənnadı məmulatlarımıza tələbatı var. Beynəlxalq ticarət ikitərəfli ticarətdir. Buna görə də Belarus bazarında sizin malların artırılmasına maraq var. Bu gün Prezident baş çəkdiyi Ticarət Evi haqqında danışdı. Gələcəkdə bu şəbəkəni inkişaf etdirərək vilayət mərkəzlərinə keçmək nəzərdə tutulur. Tanrının izni ilə, bu mağazalar və bu ticarət evləri sizin məhsullarla dolu olacaq. Həmin məhsulları təkcə belaruslar almır. Ukrayna hadisələri ilə əlaqədar bütün axınlar Belarusdan keçir, Azərbaycan məhsullarına çox böyük tələbat var. Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti bacaran ən yaxşı adamlardır, mən bunu həmişə etiraf etmişəm. Bunu necə etməyi biz sizdən öyrənməliyik. Bununla əlaqədar keçən il Minskdə Ticarət Evi açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış artımı istiqamətləri üzrə təklifləri bundan sonra da dəstəkləmək niyyətindəyik".
"Siz lap yaxın vaxtlarda Türkiyədə neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı sərmayədarların Belarusa gəlişinə şad olarıq və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırıq. İndi Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları
müzakirə edilir. Biz bu cür səyləri alqışlayırıq", - dövlət başçısı deyib.
Belarus Prezidenti bildirib ki, nəqliyyat-logistika sahəsində xeyli ehtiyatlar var: "Məsələn, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması və “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü çərçivəsində dəmir yollarının çəkilişi. Biz həmin layihələrə bu və ya digər şəkildə qoşulmuşuq. Fikrimcə, əczaçılıq üzrə birgə müəssisələrin yaradılması, habelə informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət sahələrində səylərin əlaqələndirilməsi perspektivli olacaq. Biz Azərbaycan üçün, özü də sizə lazım olacaq bütün ixtisaslar üzrə lazımi qədər kadrlar hazırlanmasını davam etdirmək əzmindəyik. O cümlədən sizin xilasedicilərin Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması yolu ilə. Hüquq-mühafizə strukturlarının, sosial-müdafiə qurumlarının, aqrokompleksin, xüsusi rabitə və informasiyalaşdırma sahələrinin əməkdaşları arasında ənənəvi sıx və fəal ikitərəfli əlaqələr dəstəklənir. İmzalanmaq üçün hazırlanmış sazişlər bizim əməkdaşlığımızı daha da səmərəli edəcək. Belarus ikinci Avropa Oyunlarının müdiriyyəti ilə əməkdaşlıq edən azərbaycanlı məsləhətçilərə, Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Gələn il keçiriləcək Oyunların təşkili məsələsində göstərdiyiniz fəal köməyə və dəstəyə görə sizə təşəkkür edirəm və təbii ki, sizin hamınızı həmin Oyunlarda gözləyirik".
"Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaşdır” - Aleksandr Lukaşenko

Bölmənin xəbərləri