Muxtar Babayev uzun müddət gözlənilən addımı, nəhayət ki, atdı.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovu tutduğu vəzifədən azad edib. Azər Aslanovun vəzifədən azad edilməsindən sonra Dövlət Ekspertiza idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Mübariz Əliyevə tapşırılıb. Qeyd edək ki, Mübariz Əliyev bu təyinata kimi Azər Aslanovun müavini olub. Belə görünür ki, nazir Muxtar Babayev Azər Aslanovun yerinə öz kadrını müəyyən etməmiş onu vəzifəsindən azad edib. Bu isə bəzi suallar yaradıb. Muxtar Babayev nazir vəzifəsinə aprel ayında təyin olunduğunu, son günlərə kimi Azər Aslanovu vəzifədə saxlamaqda davam etməsini nəzərə alanda indi onu əvəz edəcək kadrı müəyyən etmədən vəzifəsindən çıxarması suallar yaratmaya bilməz. Belə görünür ki, hansısa olaylar Azər Aslanovun qəfil istefaya göndərilməsini gündəmə gətirib. Bununla bağlı "Yeni Sözçü” qəzetinin redaksiyasına bəzi məlumatlar daxil olub. Belə ki, Azər Aslanovun Dövlət Ekspertiza idarəsinin rəisi vəzifəsindən azad olunması qum-çınqıl yataqlarının və daş karxanalarının istismarı ilə bağlı aparılan araşdırmalar, Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai onlarla iaşə obyektlərinin, şadlıq evlərinin və restoranların ətraf mühitə vurduqları zərər araşdırılarkən ciddi pozuntular üzə çıxıb. Eyni zamanda o da məlum olub ki, bu proseslərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri də qanunsuzluqlara yol
veriblər. Onların arsında Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovunda adı olub.
2002 -ci ilin dekabrında yaradılan Dövlət Ekspertiza İdarəsi ölkə ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasının Azərbaycan Respublikasına mənsub olan bölməsində Dövlət ekoloji və geoloji ekspertizalarının aparılması işlərini təşkil edən və yerinə yetirən, bu sahənin tənzimlənməsi istiqamətində fəaliyyəti həyata keçirən Dövlət orqanıdır. Bu idarənin vəzifələrinə isə ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına hazırda, və ya gələcəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəlilik səviyyəsini müəyyən etmək, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, nəqliyyat və rabitə vasitələrinin, texnoloji proseslərin və avadanlıqların və digər fəaliyyət nəticəsində ətraf mühitə təsirin qiymətləndirilməsinin dolğunluğunu və düzgünlüyünü, qəbul olunan qərarların ekoloji təhlükəlilik dərəcəsinin müəyyən edilməsini təmin etmək, ekoloji vəziyyətin öyrənilməsi, iqtisadiyyatın tələbatını ödəmək üçün təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədi ilə təbii ehtiyatların vahid sistem üzrə dövlət katastrının aparılmasını razılaşdırmaq, insan sağlamlığının qorunması və genetik fondun, bitki və heyvanlar aləminin mühafizəsi məqsədi ilə kənd və meşə təsərrüfatlarında mineral gübrələrin, bitkilərin mühafizəsi üçün kimyəvi vasitələr və stimullaşdırıcıların, başqa aqrokimyəvi maddələrin tətbiqinə dair aqroqaydaları və texnoloji
xəritələri razılaşdırmaq və təsərrüfat faəliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunu müəyyən etmək kimi çox məsuliyyətli vəzifələr daxildir. Ancaq bu gün bu çoxsaylı vəzifələrin istənilən biri ilə bağlı ciddi araşdırma aparılsa çox ciddi qanun pozuntuları üzə çıxacaq. Məsələn, atmosfer havasına zərərli maddələrin atılması ilə "Yeni Sözçü” qəzeti hələ bir neçə il əvvəl geniş araşdırmalar aparmış və bununla bağlı üzə çıxarılmış məlumatlara mövqe bildirmək üçün Dövlət Ekspertiza İdarəsinə göndərmişdi. Ancaq o zaman Azər Aslanovun rəis olduğu Dövlət Ekspertiza İdarəsi bizim araşdırma və müraciətlərimizə heç bir münasibət bildirməmişdi. Eyni zamanda dağ-mədən işlərinin inkişafı layihələrini və ekoloji-normativ sənədləri razılaşdırması zamanı Dövlət Ekspertiza İdarəsinin vəzifəsinin öhdəsindən gəlməməsi ilə bağlı da araşdırmamız olmuşdur. Həmin araşdırma dağ-mədən işlərinin inkişafı layihələrini və ekoloji-normativ sənədləri razılaşdırması zamanı qanun pozuntularına yol verildiyini üzə çıxarsa da, heç bir tədbir görülmədi. Çox maraqlıdır ki, o zaman biz həmin araşdırmaları rəsmi qaydada Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanova göndərsək də, bizə heç bir cavab verilmirdi. Nadir hallarda verilən cavab isə formal xarakter daşıyaraq ümumi ifadələrdən ibarət olurdu. Ümid edirik ki, Azər Aslanovun vəzifəsindən kənarlaşdırılmasından sonra Dövlət Ekspertiza İdarəsinin fəaliyyətində köklü dəyişikliklər baş verəcəkdir. Dövlət başçısının ekoloqlara verdiyi mənəvi dəstəyi də nəzərə alanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətində köklü dəyişiklilərin olması ehtimalı da dəfələrlə artır. Əgər bu baş verməyəcəksə, bu nazir Muxtar Baabayevin və onun kadrlarının vəzifələrinin öhdəsindən gəlməməsi demək olacaq. Biz isə ətraf mühitə və insan sağlamlığına vurulan zərərlə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Azər Aslanov işdən çıxarıldı

Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti