Avropa İttifaqında telefon rabitəsi ucuzlaşır

16/11/2018 - 22:32 9 508 0   0  

Avropa İttifaqında telefon zənglərinin və mesajların qiyməti 2019-cu ildən etibarən ucuzlaşacaq.

Qanunvericilikdə baş verəcək dəyişiklərə əsasən, zənglərin qiyməti maksimal 19 avro/sentə bərabər olacaq, mesajlarda isə bu rəqəm maksimal 6 avro/sent təşkil edəcəkdir. Yeni qaydalar mayın 15-dən qüvvəyə minəcək.

Eyni zamanda, Avropa İttifaqı ölkələrinin hamısında mayın 15-dən etibarən “112 nömrəsindən bildiriş” rabitə sistemi tətbiq olunacaq. Əsas məqsəd vətəndaşları yaşadığı yerlərdə baş vermiş fövqəladə vəziyyət barədə məlumatlandırmaqdır.